Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstan hökuməti axıska türklərinə jest etdi

Cəmi 75 nəfər tarixi yurdlarına qayıdacaq

Gürcüstan hökuməti 67 il əvvəl tarixi vətənlərindən zorla köçürülmüş 75 Axısxa türkünə öz yerlərinə qayıdış statusu verib.

APA-nın ahiskapress.com saytına istinadən verdiyi məlumata görə, Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədr müavini Burxan Özkoşar bildirib ki, Gürcüstanın qaçqınların işləri üzrə nazir müavini Tamar Martiaşvilinin sədrlik etdiyi hökumət komissiyası qayıdış prosesini sürətləndirməklə qaçqınlara 2011-ci ilin sonunadək “Repatriate” - yurdlarına dönüş statusu veriləcəyini bəyan edib. Komissiya Gürcüstan mərkəzi hökumətinin əlində olan 5806, həmçinin rus dilində 2000 ədəd (30 minə yaxın əhaliyə aid) sənədləri araşdıraraq istənilən şərtləri yerinə yetirənlərə yurdlarına dönməyə izn veriləcəyini bildirib.


Qeyd edək ki, Axısxa türkləri Gürcüstandakı tarixi vətənlərindən 1944-cü ildə zorla Mərkəzi Asiyaya sürgün edilib. 1989-cu ildə Fərqanə faciəsindən sonra Azərbaycan da daxil olmaqla 13 ölkədə ikinci dəfə qaçqın statusu ilə yerləşiblər.

1 Avqust, 2011  21:35 Baxılıb: 966

Bu bölmədə