Simsar.az | bizi özünüzə Simsar bilin
RUSİYADA ETİRAZ AKSİYALARI

Nümayisçilər Dekabr ayında keçiriləcək parlament seçkilərini boykot edir

Rusiyanın paytaxt Moskva ilə Sankt Peterburq şəhərlərində hökumətə qarşı etiraz aksiyaları keçirilib.

Nümayişçiləri tutan polislər onları məcburi şəkildə avtobuslara doldurub. Müqavimət göstərənlər isə yerlərlə süründürülüb.

Nümayiş əvvəlcə oturaq aksiya kimi başlayıb, daha sonra Kremlə doğru yürüşlə davam edib. Aksiyaçılara müdaxilə edən polis, hər iki şəhərdə yüzdən çox insanı həbs edib. Onların arasında müxalif "Sol Cəbhə Hərəkatı"nın lideri Sergey Udaltsev də var.

Dekabr ayında keçiriləcək parlament seçkilərini boykot etməyə səsləyən etirazçılar, konstitusiyada sərbəst toplaşma hüququnu məhdudlaşdıran 31-ci maddənin ləğv olunmasını da tələb edib. Məhz bu maddənin ləğvi ilə bağlı etrazçılar hər 31 günlük ayların 31-ci gün küçələrə axışır.

1 Avqust, 2011  20:31 Baxılıb: 1076

Bu bölmədə