Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏDƏN SURİYA HÖKUMƏTİNƏ SƏRT TƏNQİD

"Son yaşananlar Dəməşqən sülhlə bağlı niyyətini və səmimiyyətini şübhə altına alır"

Türkiyə Suriyanın Hama şəhərində baş verən hadisələrin Dəməşq hökumətinin məsələnin sülh yolu ilə həlli ilə bağlı niyyətini və səmimiyyətini şübhə altına aldığını bəyan edib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyada son bir neçə aydır yaşanan olayların Türkiyə tərəfindən də yaxından və səbrlə izləndiyi bildirilib: "Bu prosesdə Türkiyə Suriya hökuməti ilə yaxın təmas halında olmaq, suriyalı qardaşlarımızın ehtiyaclarını ödəmək və islahatlar çərçivəsində hər cür konstruktiv yardımı göstərmək üçün bütün imkanlarını səfərbər edib. Ancaq təəssüf ki, Suriyada şiddət olaylarının və itkilərin artaraq davam etdiyini görməkdəyik. Humus, Deir Əz Zur, Dara şəhərlərində davam edən olaylarla yanaşı, dünən də hadisələrin başladığı gündən etibarən gücdən uzaq duran və iqtidarla dialoq cəhdi göstərən Hama sakinlərinə qarşı keçirilən əməliyyatlarda çox sayda ölü və yaralı olduğunu öyrəndik. Türkiyə mübarək Ramazan ayında sülh və əmin-amanlıq dolu bir atmosferin yaradılması üçün səy göstərilməsini gözləyərkən yaşanan bu hadisələrdən bütün islam dünyası ilə birlikdə dərin xəyal qırıqlığı və üzüntü duyur".

Nazirliyin açıqlamasında sözügedən əməliyyatların Suriyada asayişin bərqərar olmasına heç bir faydasının olmadığı, islahat prosesinə mənfi təsir göstərdiyi bildirilib. Qeyd edilib ki, Suriya hökuməti bu cür əməiyyatların həll deyil, çözümsüzlük gətirdiyinini dərk etməlidir: "Mövcud gəlişmələr Suriya iqtidarının məsələnin sülh yolu ilə həlli məsələsindəki niyyətini və səmimiyyətini sual altına alır. Türkiyə bir daha Suriya hökumətini əməliyyatlara son qoymağa, həll üçün siyasi yollara, dialoqa və sülh səylərinə yönəlməyə çağırır".

1 Avqust, 2011  18:15 Baxılıb: 983

Bu bölmədə