Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ azərbaycanlıları Senatdan xahiş etdi

Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul edin

ABŞ Senatı 175 saylı qətnaməsində Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya və Cənubi Osetiyanı işğal edilmiş ərazilər adlandırıb. ABŞ azərbaycanlıları hesab edirlər ki, Senat Azərbaycanla da bağlı analoji qətnamə qəbul etməli və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağ bölgəsini işğal olunmuş ərazi kimi göstərməlidir.
USAN diaspor üzvlərini və dostlarını bu cür qətnamənin qəbulu tələbi ilə ABŞ rəsmilərinə məktublar göndərməyi xahiş edib.
“Biz Senatın iyulun 29-da qəbul etdiyi 175 saylı qətnamə ilə bağlı sizə müraciət edirik. Bu qətnamə Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasını etiraf edir və münaqişəni Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu və ədalətlə həll etməyə çağırır. Biz analoji qətnamənin Azərbaycan haqqında da qəbul edilməsini xahiş edirik. Senat Azərbaycanın da ərazi bütövlüyünün və suverenliyinin pozulmasını etiraf etməli və münaqişəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu və ədalətlə həll etməyə çağırmalıdır”.

1 Avqust, 2011  16:06 Baxılıb: 953

Bu bölmədə