Simsar.az | bizi özünüzə Simsar bilin
Müdafiə Nazirliyində mahiyyəti açıqlanmayan toplantı

Xaricdəki Azərbaycan hərbiçiləri Bakıya çağırıldı

Avqustun 3-də Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayacaq. Simsar.az-ın məlumatına görə, toplantı Bakıda keçiriləcək və avqustun 5-dək davam edəcək. Toplantıda konkret hansı məsələlərin müzakirə olunacağı və hansı tapşırıqların veriləcəyi bilinmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bu barədə hələlik ətraflı informasiya verə bilməyəcəklərini deyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 20-dən çox ölkə və təşkilatda hərbi nümayəndəsi var.

1 Avqust, 2011  15:32 Baxılıb: 969

Bu bölmədə