Simsar.az | bizi özünüzə Simsar bilin
Tunisin keçmiş diktatoruna 16 illik cəza

Zein əl-Abidin Ben Əlinin qızı və kürəkəni də azadlıqlarını itirdilər

Tunis məhkəməsi devrilmiş prezident Zein əl-Abidin Ben Əlini və kürəkənini korrupsiyada günahkar sayaraq hərəsinə 16 il həbs cəzası kəsib.

Ben Əlinin qızı Nəsrinə isə 8 il həbs cəzası kəsilib və o, 50 milyon dinar ödəməlidir.

Keçmiş Tunis prezidenti Zine el Abidin Ben Ali ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edir.

Ben Əli hazırda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanındadır.

O bu ilin yanvarında kütləvi etirazlardan sonra ölkəni tərk etməli olub.

30 İyul, 2011  04:01 Baxılıb: 1257

Bu bölmədə