Simsar.az | bizi özünüzə Simsar bilin
İSPANİYA PARLAMENTİ BURAXILDI

İspaniyanın baş naziri Xose Rodriqes Sapatero parlamentin buraxılmasına qərar verib

«Reuters»in verdiyi məlumata görə, növbədənkənar parlament seçkisi noyabrın 20-nə təyin edilib.

Məlumata görə, parlamentin buraxılması sosialistlərin yeni qanunverici qurumda daha çox mandata sahib olmaq istəyilə bağlıdır. Son sorğular onların reytinqinin artdığı göstərir.

Xatırladaq ki, may, iyun və iyul aylarında İspaniyanın bir çox şəhərlərində hökumət əleyhinə kütləvi nümayişlər keçirilib. İnsanlar hökumətdən işsizliyin aradan qaldırılmasını tələb edirdi. Son statstik məlumatlar son zamanlar işsizliyin səviyyəsinin xeyli azaldığını göstərir. Məhz bu, sosialistlərin reytinqinə də təsirini göstərib.

29 İyul, 2011  23:14 Baxılıb: 1212

Bu bölmədə