Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir rəisə tapşırıq verdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə bildirilib ki, müşavirədə məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumların əməyinin təşkili və azadlıqdan məhrum edilmiş şəxslərin cəzadan vaxtından əvvəl şərti azad edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, habelə cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi ilə bağlı vəziyyət müzakirə olunub.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev müşavirəni açaraq qeyd edib ki, hər iki məsələ ilə əlaqədar Penitensiar Xidmətdə artıq aidiyyəti xidmət sahələri ilə müşavirələr keçirilib, əsas istiqamətlər müəyyənləşdirilərək konkret tapşırıqlar verilib. Həmin müşavirələrdən keçən dövr ərzində hər iki məsələ ilə bağlı tabe qurumların fəaliyyətındə müəyyən dönüş hiss olunmaqdadır. Lakin bununla belə, həm məhkumların əməyinin təşkili, həm də onların cəzadan vaxtından əvvəl şərti azad edilməsi və ya cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi hüquqlarının təmin olunması sahəsində çatışmazlıqlar mövcuddur.

Müşavirədə hazırda məntəqə tipli cəzaçəkmə müəssisələrində təsərrüfatın inkişaf etdirilməsi, həmin müəssisələrdə saxlanılan məhkumların ictimai-faydalı əməyə cəlb olunması ilə bağlı görülən işlər müzakirə olunub və ayrı-ayrı müəssisələrin bu sahədəki göstəriciləri təhlil olunub.

Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi hüquqlarının təmin olunması məqsədilə Penitensiar Xidmət rəisinin əmri ilə yaradılmış komissiyanın sədri, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov son üç ay ərzində bu sahədəki vəziyyət haqqında məlumat verib. Qeyd olunub ki, ötən dövr ərzində bir sıra hallarda normativ sənədlərin tələblərinə tam riayət edilməyib, nəticədə bir sıra pozuntulara yol verilib. Bununla bağlı bir sıra cəzaşəkmə müəssisələrinin rəhbərləri intizam məsuliyyətinə cəlb olunublar.

Toplantıya yekun vuran nazir müavini, Penitensiar Xidmətin rəisi Quliyev nizam-intizamın gücləndirilməsi, mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına dair müvafiq tapşırıqlar verib.

29 İyul, 2011  17:03 Baxılıb: 1244

Bu bölmədə