Simsar.az | bizi özünüzə Simsar bilin
Ruminyalı nazir şəhidləri ziyarət edib

O, Fəxri Xiyabanda da olub

AzərTAc-ın məlumatına görə, Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşdür.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

29 İyul, 2011  16:35 Baxılıb: 1048

Bu bölmədə