Simsar.az | bizi özünüzə Simsar bilin
CƏNUBİ KİPR HÖKUMƏTSİZ QALDI

Nazirlər prezidentə istefa ərizəsini təqdim edib

Cənubi Kipr respublikasının hökuməti istefaya gedib. Nazirlər prezident Dimitris Xristofiyasa istefa ərizəsini təqdim edib. Nazirlər yeni hökumət formalaşanadək öz səlahiyyətlərini icra edəcək.

İstefaya bu ayın əvvəllərində Kiprdə hərbi bazada partlayışla bağlı cəmiyyətdə yaranmış narazılıqların səbəb olduğu bildirilir. Xatırladaq ki, həmin partlayış nəticəsində 13 nəfər ölmüş, adanın elektrostansiyasına ciddi ziyan dəymişdi.

28 İyul, 2011  22:58 Baxılıb: 984

Bu bölmədə