Simsar.az | bizi özünüzə Simsar bilin
Yunan Kiptinin hökuməti istefa verməyə məcbur oldu

Bir partlayışa görə iqtidar komandas vəzifədən getdi

Simsar.az-ın “Habertürk”ə istinadən xəbərinə görə, iyulun 11-də adanın yunan hissəsində Ziqi adlı bölgədə Yunan Milli Mühafizə Ordusunda baş verən partlayışdan sonra Cənubi Kiprdə siyasi gərginlik başlamışdı. Hökumət sözçüsü Stefanos Stefanu Cənubi Kipr hakimiyyətinin lideri Dimitris Xristofyasın Nazirlər Kabinetinin iclasında hökumətin istefasını tələb etdiyini və bunun ardınca hökumətin istefaya getdiyini açıqlayıb. 


Qeyd edək ki, 13 nəfərin öldüyü partlayışdan sonra Yunan Kiprinin müdafiə və daxili işlər nazirləri istefaya getmişdi.

28 İyul, 2011  20:05 Baxılıb: 952

Bu bölmədə