Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Həsənov Əliyevlə Ərdoğanın görüşünü şərh etdi

“Türkiyə və Azərbaycanın arasına heç kəsin girə bilməyəcəyi bir da sübut olunub” 

“Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə başçılarının görüşləri, bəyanatları, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli münasibətlərin müzakirəsi bir daha göstərdi ki, iki dövlətin arasına girmək olmaz”.

Simsar.az-ın məlumatına görə, bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ərdoğanın səfərini şərh edərkən deyib.

"Azərbaycan və Türkiyə dünyada analoqu olmayan müttəfiqdilər və onların müttəfiqliyi qarşılıqlı maraqlara, qarşılıqlı mənafelərə, xalqlarımızın tale birliyinə söykənir. Onların müttəfiqliyi həm regionda, həm dünyada dövlət maraqlarımızın tam üst-üstə düşməsinə söykənir", - Həsənov bildirib.

PA rəsmisi deyib ki, uzun müddətdir Azərbaycan və Türkiyə münasibətlərini təftiş etməyə çalışan müxtəlif "opponentlər" mövcud idi.

"Düşünürəm ki, onlar dünənki görüşdən sonra artıq özlərinin "arqument"lərinin tam əsassız olduğunun şahidi olacaqlar. Azərbaycan və Türkiyə bundan sonra da dünya, region siyasətində, beynəlxalq münasibətlərdə, enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə siyasətində qarşılıqlı maraqların üzərində qurulmuş iqtisadi-siyasi, ticarət münasibətlərində bir daha ortaq, birgə, strateji müttəfiqlik maraqlarını təsdiq etdilər", - Həsənov əlavə edib.

Türkiyə hökuməti yenidən formalaşdırıldıqdan sonra Rəcəb Tayyib Ərdoğan ikinci rəsmi səfərini iyulun 27-də Azərbaycana etdi.

Ruslan

28 İyul, 2011  17:42 Baxılıb: 978

Bu bölmədə