Simsar.az | bizi özünüzə Simsar bilin
Rəsmi İrəvan Türkiyəni suçladı

 “Türkiyə rəsmiləri Sərkisyanın çıxışını tam dinləməyiblər”

Ermənistan Xarici işlər nazirinin müavini Savarş Köçəryan Ermənistan prezidentinin anti-türk xarakterli açıqlamalarına Türkiyə rəsmiləri tərəfindən verilən reaksiyalara cavab bildirib.

Simsar.az-ın məlumatına görə, erməni nazir müavini deyib ki, Türkiyə rəsmiləri Sərkisyanın çıxışını tam dinləməyiblər, sadəcə bir qismini eşidiblər və ona cavab verirlər.

Qeyd edək ki, Türkiyənin baş naziri Ərdoğan Bakıda olarkən Sərkisyanın açıqlamasına sərt reaksiya verib. Sərkisyanın “qarabağı biz aldıq, Ağrını sizə buraxdıq” açıqlamasına Ərdoğan belə cavab verib: “Bu dövlət məmuruna və prezidentə yaraşan ifadə, yanaşma tərzi deyil. Bu Sərkisyanın təhrikiddir”.

28 İyul, 2011  17:34 Baxılıb: 943

Bu bölmədə