Simsar.az | bizi özünüzə Simsar bilin
“QARABAĞ BİZİM ÜÇÜN QANAYAN YARADIR”

Ərdoğan: “Bu mövzusunun axıra qədər təqibindəyik və belə də davam edəcəyik”

“Dağlıq Qarabağ Azərbaycan üçün necə qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan yaradır. Bundan fərqli bir düşüncə əsla olmaz. Bu mövzusunun axıra qədər təqibindəyik və belə də davam edəcəyik”.

Bunu iyulun 27-də Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iki ölkənin ortaq mübarizəsi sadəcə bir ölkəyə qarşı deyil.

Ərdoğan Norveçdəki terror aktında aktında itkin düşən türk qızı Gizəm haqda danışıb. O, Gizəmin sağ olduğuna ümid etdiyini deyib. Bildirib ki, Türkiyənin bu sıxıntısının Azərbaycanın sıxıntısı olduğuna inanır: “Azərbaycanın da belə bir sıxıntısı olsa, bu, bizim də sıxıntımızdır. Əl-ələ verib, bu prosesləri arxada qoyacağıq”.

28 İyul, 2011  03:28 Baxılıb: 955

Bu bölmədə