Simsar.az | bizi özünüzə Simsar bilin
ŞURANIN İLK TOPLANTISI TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK

Ərdoğan: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı Türkiyədə keçiriləcək”

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı Türkiyədə keçiriləcək.

Bu barədə Bakıda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.

Ərdoğan toplantının nə zaman keçiriləcəyi barədə məlumat verməyib.

Prezident İlham Əliyevlə görüşün ardınca açıqlama verən Ərdoğan görüşdə bir çox məsələlərin müzakirə olunduğunu qeyd edib.

«İkitərəfli görüşdə ölkələr arasında əlaqələri dəyərləndirdik. Hərbi, ticari, iqtisadi, sosial və mədəni mövzuları müzakirə etdik.Regional problemləri dəyərləndirmək imkanımız oldu», - deyə Türkiyənin baş naziri vurğulayıb.

28 İyul, 2011  02:42 Baxılıb: 901

Bu bölmədə