Simsar.az | bizi özünüzə Simsar bilin
“SƏRKİSYAN ÜZR İSTƏMƏLİDİR”

Ərdoğan: “Belə dövlət adamı və dövlətçilik olmaz”

Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Zuğulbada keçirlən mətbuat konfransında Ermənistan prezidnti Sərkisyanın Ağrı dağı ilə bağlı səsləndirdiyi ittihama cavab verib.
Modern.az bildirir ki, Ərdoğan erməni prezidentinə sərt cavab verib.

“Bu ifadə dövlət baçşısına yaraşan ifadə deyil. Gələcək nəsilləri kin və nifrətlə doldurmaq dövlət adamına yaraşmaz”.

Ərdoğan bildirib ki, Sərkisyanın dedikləri gəncliyi kin və nifrətə çağran təhrikdən başqa bir şey deyil.

“Qarabağda işğal var. İşğalçı da bəllidir. Bunu biz demirik. BMT deyir. “Qarabağı biz aldıq, Ağrı dağı da siz alacaqsınız” ifadəsi nə deməkdir? Belə məntiq olurmu? Belə bir anlayış, istiqamət gənclərə verilərmi? Belə çıxır ki, Ermənistan və Türkiyə gəncləri bundan sonra istədiyi kimi savaşa girməlidir? Biz bunları rədd edirik. Belə dövlət adamı və dövlətçilik olmaz. Sərkisyan burada çox ciddi səhvə yol verib. Üzr istəməlidir. Və belə bir səhv yoldan çəkilməlidir”-deyə Ərdoğan vurğulayıb.

28 İyul, 2011  00:49 Baxılıb: 1043

Bu bölmədə