Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbər: “İlham Əliyevin mövqeyini dəstəkləyirik”

Musavat başqanı da hesab edir ki, Qarabağ Azərbaycan ərazisidir

“Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı demək olar ki, İlham Əliyev mövqeyini dəstəkləyirik, yaxud da o, bizim mövqeyimizi dəstəkləyir. Qarabağ Azərbaycan ərazisidir və bu bizim üçün birmənalıdır”.

Simsar.az-ın məlumatına görə, bunu Müsavat başqanı İsa Qəmbər Rusiyanın “Exo Moskvı” radiosuna verdiyi müsahibədə bildirib.

Ermənistanın mövqeyinə toxunan İ.Qəmbər bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Erməni Ümumilli Hərəkatı Sərkisyanın hakimiyyətindən daha konstruktiv mövqe tutur. “Müsavat bu hərəkatla birgə Avropa liberal ittifaqının üzvüdür. Bu tədbirlər çərçivəsində təmaslarımız olub. Hansısa uğur əldə etmək çətnidir, amma bizim məsələyə ümumi yanaşmamız var: münaqişənin həlli üçün hər iki ölkədə demokratik dəyişikliklərə nail olmaq lazımdır”.

Rusiyanın mövqeyinə toxunan Müsavat başqanı qeyd edib ki, Moskvanın bu münqişənin həll etmək istəməsi barədə deyilənlərə inanmır. “Rusiya hazırkı mərhələdə münaqişənin həllinə yox, onun idarə edilməsində maraqlıdır”-deyə İ.Qəmbər vurğulayıb.

27 İyul, 2011  22:45 Baxılıb: 1142

Bu bölmədə