Simsar.az | bizi özünüzə Simsar bilin
QAT ABŞ səfirinə etiraz etdi

Onları maraqlandıran ermənilərin taleyidir

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Qəbələ rayonunun Nic kəndindəki Udin icması ilə görüşüb. Görüş zamanı Brayza bildirib: "Bu yaxınlarda Bakıdakı erməni kilsəsində oldum və səmimi olaraq inanıram ki, gün gələcək və insanlar o kilsədə sizin burada ibadət etdiyiniz kimi, ibadət edə biləcəklər". Ermənilən Bakıdakı erməni kilsələrində ibadət etməsini arzulayan Brayza, nədənsə erməni işğalı altında olan Qarabağ məscidlərinin dağıdılmasını və yararsız hala salınmasını "unudub", bundan başqa bu məscidlərdə bir vaxt müsəlmanların yenidən ibadət edəcəyi diləyini dilə gətirməyib.


Mövzu ilə bağlı "Deyerler.org"a münasibət bildirən “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı Brayzanı ermənipərəst adlandırıb: "Mən Brayzanın o fikrini görəndə ilk olaraq ağlıma gələn o oldu ki, onlar nə qədər çalışırlar ki, öz iç üzlərini gizlətsinlər, yenə də gizlədə bilmirlər. Onların həqiqi fikirləri dilinə gəlir. Onları maraqlandıran ermənilərin taleyidir, ermənilərin uğurudur. Onları nə azərbaycanlılar, nə müsəlmanlar qətiyyən maraqlandırmır. Ona görə də onlar narahatdırlar ki, Bakıdakı erməni kilsəsinə gedib-gələn yoxdur. Ürəklərindən keçir ki, nəhayətdə ermənilər bura qayıtsın, çoxluq təşkil etsinlər.

Mən hesab edirəm ki, o, özü də çox gözəl bilir ki, Azərbaycanda 30 min erməni yaşayır, kilsə də çox yüksək səviyyədə qorunur. İstəsələr, gedib ibadət edərdilər. Amma Azərbaycanın məscidləri bütün işğal olunmuş ərazilərdə darmadağın edilib, bunlar gözünə görsənmir, amma bir dənə bu erməni kilsəsini görürlər. Bu, onun ermənipərəstliyindən irəli gəlir".

27 İyul, 2011  21:57 Baxılıb: 925

Bu bölmədə