Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev və Türkiyə Baş nazirinin təkbətək görüşü olub

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Rəsmi qarşılanma mərasimindən sonra çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olundu. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirildi.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

27 İyul, 2011  21:47 Baxılıb: 931

Bu bölmədə