Simsar.az | bizi özünüzə Simsar bilin
SİMSARIN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Safura Əlizadə “March On” mahnısı bu həftə liderdir 

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Safura Əlizadənin 102 səs toplayan “March On” mahnısıdır. Tamaşaçıların səsverməsinə əsasən ikinci yeri 98 səslə Röya Ayxanın “Sənə görə”mahnısı, üçüncü yeri isə 91 səslə Agadadas Agayevin “Teki Mene Sevirem De”mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə Teymur Əmrahın “Bağışla” (88 səs), beşinci yerdə Elçin Cəfərovun “Sən demə” (76 səs) mahnılarıdır.

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Xuraman Şuşalının “Dön mənə”, İradə İbrahimovanın “De, hardasan”, Zamiqin “Mənimlə qal”, Eltonun “Darıxır ürək”, “Qala” qrupunun “Dünya böyük bir qala” mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

27 İyul, 2011  20:15 Baxılıb: 1123

Bu bölmədə