Simsar.az | bizi özünüzə Simsar bilin
ƏN QƏDDAR QATİL ÜÇÜN ƏN LÜKS HƏBSXANA

Breyvik "Halden"də cəza çəkəcək

"The Herald Sun"ın verdiyi məlumata görə, Norveçdə iki qanlı terror aktı törətmiş Anders Berinq Breyvikin "Halden" həbsxanasında cəza çəkəcəyi gözlənilir. Norveçin paytaxtı Oslo yaxınlığında yerləşən, 252 məhbus üçün nəzərdə tutulmuş "Halden" dünyanın "ən humanist və lüks" həbsxanası sayılır.

Bu həbsxanada hər məhbusun vanna otaqlı əlahiddə kamerası var və bu kameralar üç ulduzlu otel otaqlarına bənzəyir.
Kameralarda DVD pleyerlər, internetə qoşulmuş kompüter də var.
Hər 12 məhbus üçün ayrıca qonaq otağı da nəzərdə tutulub.
Layihə müəllifləri beton-blok inşaatından imtina edərək ağacla üzlənmiş ikimərtəbəli kərpic korpuslar tikiblər.
Həbsxananın ətrafında 6 metr hündürlüyündə hasar var.

Həbsxana nəzarətçilərinin yarısı qadınlardır. Üstəlik, nəzarətçilərə silah verilməyib və onlar çox vaxt məhbuslarla birlikdə nahar edir, idmanla məşğul olurlar.

27 İyul, 2011  19:27 Baxılıb: 1010

Bu bölmədə