Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN BATINI GÜCSÜZ SAYDI

“Qərbdə, Avropada böhran ola bilər”

Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan ilk olaraq "Böhran Türkiyəyə təsir edəcəkmi" sualını cavablandırıb: “Məndən yəqin yenə keçmişdəki cavabı gözləyirsiniz. Biz yerə çox möhkəm basırıq. Qərbdə, Avropada böhran ola bilər, amma biz buna hər zaman hazırıq. Keçən səfər toxunan keçəcək dedim. Bu dəfə toxunan keçəcək kimi görünmür. İndi daha çox güçlüyük.
Xərclər hər zaman hər kəsi təhdid edir. Ailələri də, iş adamlarını da, dövləti də ... Biz əgər bu gün güçlüyüksə, bu social xərcləmələr sayəsində olub”.

Ərdoğan bildirib ki, Türkiyə 760 min kilo metr hektar ərazisilə və 74 milyon vatandaşıyla bütövdür: “Kimsə bu bütünlük üzərində əməliyyata girə bilməz. Kimsə kiçik ağılları bütövlüyü parçalama səyiylə girə bilməz.
Hər kəs vergisini ödəmək məcburiyyətindədir. Ödəməzsə əvəzini ödəmək məcburiyyətindədir. Vergi verməyəcəyim amma mərkəzi rəhbərlik mənə dəstək verəcək. Buna yağma Həsənin xörəyi deyərlər”.

Baş nazir həmçinin qeyd edib ki, Türkiyə Şərq və Güneydoğuya hər hansı partiya üzündən kömək etmirik: “Ölkəmizin eyni gözəlliklərə sahib olması üçün edirik”.
Əroğan konstision dəyişiklərin aparılacağını bird aha bildirib.

RAMİL

27 İyul, 2011  18:16 Baxılıb: 982

Bu bölmədə