TİKİNTİ MATERİALLARININ İSTEHSALI 40% AZALIB
Cari ilin yanvar-iyun aylarında ölkəmizdə tikinti materialları sənayesində müəssisələr tərəfindən 97,4 mln. Cari ilin yanvar-iyun aylarında ölkəmizdə tikinti materialları sənayesində müəssisələr tərəfindən 97,4 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 40% az məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk yarısında sənaye müəssisələri tərəfindən 682,4 min ton sement, 55,1 min ton tikinti gipsi, 368,9 min ton hörmə üçün hazır beton qarışığı, 16,8 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 108,7 min ton asfalt və 102,4 min kubmetr tikinti kərpici istehsal edilib. “Ötən ilin ilk altı ayı ilə müqayisədə sement istehsalı 15,9%, tikinti gipsi 3,4 dəfə artıb, hörmə üçün hazır beton qarışığı istehsalı 1%, betondan yığma-tikinti konstruksiyaları 6,7%, asfalt istehsalı 2,6 dəfə, tikinti kərpici isə 15,4% azalıb”, - deyə Komitədən bildirilib.
27 İyul, 2011 16:05 ⁄ Baxılıb: 1214
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |