Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

H.S.Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: 
Həsən Sultan oğlu Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafındakı xidmətlərinə görə Kamil Seyid oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2011-ci il.

27 İyul, 2011  03:04 Baxılıb: 964

Bu bölmədə