Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT NİKOLAE UREKENİ “DOSTLUQ” ORDENİ İLƏ TƏLTİF EDİB

Prezident İlham Əliyev iyulun 26-da Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekeni qəbul edib

Bunu başçısı Azərbaycanla Rumıniya arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulmasında N. Urekenin fəaliyyətini yüksək qiymətləndirib. Onun diplomatik fəaliyyəti dövründə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensiv xarakter aldığını deyən prezident İ. Əliyev Azərbaycanla Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə N. Urekenin “Dostluq” ordeninə layiq görüldüyünü bildirib və yüksək mükafatı diplomata təqdim edib.

Öz növbəsində, N. Ureke Azərbaycan dövlətinin yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsindən böyük şərəf duyduğunu deyib. Rumıniya-Azərbaycan əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən diplomat Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib.

27 İyul, 2011  01:38 Baxılıb: 957

Bu bölmədə