Simsar.az | bizi özünüzə Simsar bilin
İBRAHİM OXUMAQ İSTƏDİ, ALINMADI

Məşhur sənətçi saz ifaçısına qollarını və barmaqlarını oynatdı

Müalicəsi Maltəpə Darüşşafaka Fizika Müalicə və Reabilitasiya Mərkəzində davam edən İbrahim Tatlısəs güllələnəndən sonra ilk dəfə oxumağa cəhd göstərib.

Simsar.az saytının haberturk.com-a istinadən xəbər verir ki, məşhur sənətçi əməliyyat üçün Almaniyaya getməmişdən öncə saz qrupunu xəstəxana otağına çağırıb.

Qrupla birgə oxumaq istəyən sənətçi nə qədər cəhd göstərsə də oxuya bilməyib. Həkimlər oxumaq istəyində sona qədər israr etməməyi ona məsləhət görüblər. İ.Tatlısəs bu xəbərdarlığa əməl edib.

Ardından sənətçi, saz qrupunun ifa etdiyi mahnılara qulaq asaraq, musiqi həsrətini aradan qaldırmağa çalışıb. Qolunu və barmaqlarını oynadan Tatlısəsin ziyarətinə gələnlər onu sağlam və yüksək əhval-ruhiyyədə gördüklərini söyləyiblər.

Aynurə

26 İyul, 2011  18:13 Baxılıb: 1283

Bu bölmədə