Simsar.az | bizi özünüzə Simsar bilin
NORVEÇLİ TERRORÇUNUN ÇİRKİN XƏYALI

O, TÜRKİYƏNİ YUNANISTAN VƏ ERMƏNİSTAN ARASINDA BÖLÜB

Son günlər adı mətbuat səhifələrindən düşməyən terrorçu Anders Behring Breivik 1500 səhifəlik manifestinin 1316-cı səhifəsində özünün hazırladığı Türkiyə xəritəsinə yer ayırır.


"Yeni bir Avropa və Ortadoğu yaratmaq" adlı bu bölümdə Breivik modern "xaçlı zabitlətnin" Avropada iqtidarı ələ keçirməsindən sonra nələr edəcəyini açıqlayıb.


Xəyalındakı Türkiyəyə Antalya bölgəsindən soxulan cani İstanbulu, Qərbi Anadolunu Yunanıstana, Şərqi və Cənub bölgələri Ermənistana verir.


Breivik hesab edir ki, yeni Avropa yaradılarkən türklər iç Anadoluya getsin. Həmçinin NATO varlığını saxlamaq istəyirsə, Rusiya ilə yaxınlaşıb Türkiyə ilə uzaqlaşsın.

RAMİN

26 İyul, 2011  17:46 Baxılıb: 1046

Bu bölmədə