Simsar.az | bizi özünüzə Simsar bilin
35 PKK-çı öldürüldü

Əsir götürülənlər də var

İran İraq torpaqlarındakı PJAK düşərgələrini məhv etmək üçün əməliyyatları davam etdirəcəyini bəyan etdi

 İran İraqla sərhəddəki Serdeşt bölgəsində PKK terror təşkilatının bir qanadı olan PJAK-a yönəlik əməliyyatlar zamanı 35 terrorçunun öldürüldüyünü açıqlayıb. Simsar.az-ın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, İran İslam İnqilabını Mühafizə Korpusunun 5 min əsgərinin iştirak etdiyi əməliyyatlar zamanı bir qrup silahlı da sağ ələ keçirilib. 

O da qeyd olunur ki, yaralı terrorçular İraq tərəfə keçib, oradan da Kürdüstan Demokrat Partiyasına məxsus təcili tibbi yardım maşınları ilə Erbil şəhərinə aparılıblar. Bu partiyanın sədri İraqdakı Kürdüstan bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzanidir. İran Serdeşt bölgəsində PJAK düşərgələrini məhv edən əsgərlərin İraq torpaqlarındakı terrorçu düşərgələrini də ləğv etmək yönündə əməliyyatları davam etdirəcəyini bildirib.

26 İyul, 2011  17:15 Baxılıb: 1050

Bu bölmədə