Simsar.az | bizi özünüzə Simsar bilin
Şvartsneggerin oğlu ölüm ayağında

Kristoferin qabırğaları qırılıb, ağciyəri zədələnib

Simsar.az-ın “haberler.com” saytına istinadən verdiyi məlumata görə, terminatorun oğlunun qabırğaları qırılıb, ağciyəri zədələnib. Şvartsnegger və məhkəmədə boşanma prosesi davam edən xanımı Mariya Şirver bütün yaşananlara və incikliklərə baxmayaraq, xəstəxananın reanimasiya şöbəsində yerləşdirilən övladlarının başı üzərində birgə növbə çəkir. Birgə açıqlama yayan cütlük bildirib ki, qorxulu bir qəza olub, ailəsi və dostları Kristoferi bir an belə tək buraxmayıb: “O, cəsur bir uşaqdır və bütün qəlbimizlə inanırıq ki, tam sağalacaq”. 

Qeyd edək ki, aktyorun evindəki xidmətçi qadından 14 yaşlı bir oğlu olduğu ortaya çıxandan sonra Mariya Şirver uşaqlarla birlikdə evi tərk edib, boşanma üçün məhkəməyə üz tutub.

26 İyul, 2011  16:28 Baxılıb: 1024

Bu bölmədə