Simsar.az | bizi özünüzə Simsar bilin
Turistlərə elektron vizalar veriləcək

Prosesin başlanma vaxtı bilinmir

Azərbaycanda turistlərə elektron vizalar veriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend-ə bildirib ki, elektron vizaların verilməsi ilə əlaqədar bu prosesinin sadələşdirilməsi təklifi irəli sürülüb.

İsmiyev deyib ki, hazırda elektron vizanın tətbiqi üçün işlər aparılır. Amma elektron vizaların verilmə prosesinin nə vaxtdan başlayacağı hələ məlum deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, elektron vizanın nə vaxtdan tətbiq ediləcəyi yalnız Mədəniyyət və Turizm Nazirliyindən asılı deyil. Bu yeniliyin tətbiqi üçün yeni sistem qurmaq, avtomatlaşdırılmış sistem yaratmaq, blanklar hazırlamaq lazımdır.

"Elektron viza sistemi tətbiq edildikdən sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik və konsulluğa təqdim edəcəklər. On beş gündən sonra isə onlara müsbət və ya mənfi cavab veriləcək", - İsmiyev əlavə edib.

26 İyul, 2011  16:09 Baxılıb: 1057

Bu bölmədə