Simsar.az | bizi özünüzə Simsar bilin
RUMINİYALI NAZİR AZƏRBAYCANA GƏLƏCƏK

Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen Azərbaycana səfər edəcək

Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, rumıniyalı nazirin səfəri 28-31 iyul tarixlərində gerçəkləşəcək. O, azərbaycanlı həmkarı Əbülfəs Qarayev tərəfindən qəbul olunacaq. Görüş zamanı Azərbaycanla Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və digər mövzular müzakirə olunacaq, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Nazirin səfər çərçivəsində Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməsi, İncəsənət Muzeyinə baxış keçirməsi, İçərişəhər Dövlət Qoruğu ilə tanış olması, Qəbələ Beynəlxalq Musiqi Festivalında qonaq qismində iştirakı nəzərdə tutulur.

25 İyul, 2011  22:55 Baxılıb: 965

Bu bölmədə