Simsar.az | bizi özünüzə Simsar bilin
Müqavilələr ratifikasiya edildi

Sərhədlər müəyyənləşdi

Elmar Məmmədyarov və Sergey Lavrov Qarabağ münaqişəsinin tənzimlənməsi barədə müzakirə aparıblar

 Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya xarici işlər naziri Sergey Lavrov dövlət sərhədləri barədə 3 sentyabr 2010-cu ildə imzalanmış müqavilənin ratifikasiya edilməsi barədə fərmanları mübadilə ediblər. Simsar.az-ın “rbc.ru” saytına istinadən verdiyi məlumata görə, xarici işlər nazirləri iki ölkənin xarici siyasət idarələri arasında bu ilin ikinci yarısı və 2012-ci il üzrə bağlı məsləhətləşmə planını da razılaşdırıblar. 

Sergey Lavrov Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafını yüksək dəyərləndirib. O qeyd edib ki, bu il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollara çatmalıdır.

Tərəflər Xəzərin statusu ilə bağlı məsələni də müzakirə ediblər. Sergey Lavrov bildirib ki, iyulun 19-da növbəti məsləhətləşmə keçiriləcək. O, dördüncü Xəzər sammitinin Moskvada keçiriləcəyini xatırladıb. Sergey Lavrov Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını da söyləyib. Rusiya xarici işlər naziri hazırkı danışıqları ümumilikdə uğurlu sayıb.

18 İyul, 2011  20:31 Baxılıb: 1022

Bu bölmədə