Simsar.az | bizi özünüzə Simsar bilin
Məktub yetişdi

Rusiya indi də Ermənistandan cavab gözləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məktubuna prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib.

Simsar.az-ın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergel Lavrov iyulun 18-də Moskvada azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. 

Azərbaycan XİN başçısı isə məktubun detallarını açıqlamaqdan imtina edib. “Bu, Azərbaycan prezidentinin Rusiya prezidentinə məktubu olduğu üçün detalları açıqlamaq düzgün olmazdı”, - deyə E. Məmmədyarov bildirib.

Nazir həmçinin deyib ki, erməni tərəfinin də cavabını gözləmək lazımdır.

“Azərbaycan ümumilikdə hesab edir ki, Kazan görüşündə tərəqqi əldə olunub. Əlbəttə, hamı Kazanda kəskin sıçrayış baş verməsini istəyirdi, lakin hər halda biz irəliyə doğru davamlı addımlar atırıq. Hamı başa düşür ki, hazırkı vəziyyət heç bir tərəfi, o cümlədən həmsədrləri - ABŞ, Rusiya və Fransanı və qonşularımızı da qane etmir. Bu kontekstdə biz irəliyə doğru addımlamalıyıq. Ərazilərin işğalı, etnik təmizləmə, qaçqın və məcburi köçkün problemləri arxada qalmalı, əməkdaşlıq, inkişaf, çiçəklənmə region, ilk növbədə isə Azərbaycan və Ermənistan üçün əsas məsələyə çevrilməlidir”, - deyə E. Məmmədyarov vurğulayıb.

S. Lavrov isə D. Medvedyevin hələlik məktubla tanış olmadığını söyləyib.

18 İyul, 2011  19:46 Baxılıb: 913

Bu bölmədə