Simsar.az | bizi özünüzə Simsar bilin
SURİYADA QANLI TOQQUŞMA ZAMANI 30 NƏFƏR ÖLÜB

Prezident Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında toqquşma Homse şəhərində olub

Suriyada prezident Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında qanlı döyüşlər davam edir. Suriyanın üçüncü ən böyük şəhərlərdən biri hesab olunan Homse şəhərində baş verən toqquşma zamanı ən azı 30 nəfər həlak olub. Bu barədə məlumatı "France Press" agentliyi Suriyanın insan hüquqlarının müdafiəsi təşkilatlarından birinin nümayəndəsi Rami Abdel Rahmana istinadən yayıb.

Qeyd edək ki, qanlı nümayişlərin mərkəzi olan Suriyada kütləvi toqquşmalar artıq mart ayından ölkədə geniş vüsət almağa başlayıb. Nümayişlər Suriyanın Deraa şəhərində başlayıb və daha sonra bütün ölkə boyunca yayılıb.
Öz növbəsində Suriya hakimiyyəti etirazçılara təzyiq göstərmək məqsədi ilə hərbi texnikadan istifadə edir. Üç ay ərazində Suriyada baş verən aksiyalarda 1,35 mindən artıq insan həlak olub.

18 İyul, 2011  19:30 Baxılıb: 1050

Bu bölmədə