Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya qəzeti Azərbaycan Maliyyə Nazirliyindən üzr istədi

Axtarışda olan adamın adı yanlış yazılıb

Simsar.az-ın məlumatına görə, qəzetin 11 iyul 2011-ci il tarixli sayında Sergey Kanevin «Çekistin ölümü» adlı məqalə dərc olunub və bu məqalədə ciddi səhvə yol verilib ki, bu səhv də qəzetə Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən etirazla qarşılanıb.

Qəzet redaksiyasına göndərilən məktubu bu cür diqqətə çatdırır: «Bu məqalədə Xəlilov Namiq Mustafa oğlunun da adı çəkilir və deyilir ki, guya o, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiridir. Əslində isə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi tam başqa adamdır - Xəlilov Namiq Cəlil oğludur. Hesab edirik ki, qeyd olunan, həqiqətə uyğun olmayan məlumatın dərc edilməsi Xəlilov Namiq Cəlil oğlunun şərəf və ləyaqətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin reputasiyasına ziyan vurur. Biz məqalədə külli miqdarda dələduzluqla əlaqədar olan eyni familiyalı adam kimi cənab Xəlilov Namiq Cəlil oğlundan üzr istəyirik və əmin edirik ki, bu səhv qəsdən edilməyib».

Xatırladaq ki, «Azadlıq» qəzetinin 14 iyul 2011-ci il tarixli sayında «Azərbaycanlı məmur Rusiyada axtarışdadır» başlığı ilə dərc olunmuş məqalədə əsassız olaraq Azərbaycan Maliyyə Nazirliyinin DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar öz əksini tapıb. Rusiyada nəşr olunan «Novaya qazeta»ya istinad edən «Azadlıq» qəzeti adı çəkilən qəzetin yol verdiyi səhvi təkrarlayaraq, məqalədə adı keçən və axtarışda olduğu bildirilən Xəlilov Namiq Mustafa oğlunu Maliyyə Nazirliyinin DSNX-nin rəisi kimi təqdim edib, bu barədə hazırladığı məqalədə Maliyyə Nazirliyinin DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun fotosunu verib.

18 İyul, 2011  18:56 Baxılıb: 1236

Bu bölmədə