Simsar.az | bizi özünüzə Simsar bilin
Nemət Pənahlıdan sərt qərar

O, həbsxanada ölüm aclığına başladı

Azərbaycan milli-azadlıq hərəkatının fəalı, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbsxanada başladığı aclıq aksiyasını davam etdirir. Simsar.az saytının məlumatına görə, bu barədə “Yeni Müsavat”a N.Pənahlının qardaşı oğlu Pənah Pənahlı məlumat verib. 

Pənah Pənahlı Nemət Pənahlının artıq quru aclığa, yəni ölüm aclığına başladığını bildirdi: “Dünən (srağagün-red.) atam Səməd Pənahlı Nemət bəylə görüşmək üçün onun saxlandığı Bakı İstintaq Təcridxanasına gedib. Onun Nemət bəylə görüşməsinə icazə verilməyib. Təcridxananın rəisi Elxan Sadıqov atama deyib ki, iyulun 16-dan Nemət bəy su içməkdən də imtina edib”.
Pənah Pənahlı onu da bildirdi ki, təcridxana rəisi bütün imkanlardan istifadə edir ki, Nemət Pənahlı Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsin.
Qeyd edək ki, Nemət Pənahlı iyulun 2-dən aclıq aksiyasına başlayıb. O, iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

18 İyul, 2011  18:02 Baxılıb: 1120

Bu bölmədə