Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva "Dədə Qorqud" festivalında

Millət vəkili tədbirdə çıxış edib

Simsar.az-ın məlumatına görə, mərasim türk dünyasının müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin Masat kəndindəki "Dədə Qorqud" türbəsinə ziyarəti ilə başlayıb. Azərbaycanı bu festivalda millət vəkili Qənirə Paşayeva və Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal təmsil edib. Türbənin ziyarətindən sonra açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib ki, onun babaları bu günü görməyi çox gözləyiblər. Onlar həmişə Dədə Qorqud övladlarının bir araya gəlməsini arzulayıblar: “Şükürlər olsun ki, onların arzularını bu gün bizlər, onların nəvələri həyata keçirə bilirik və həmişə türk qövmünə öz müdrikliyi ilə yol göstərən bir ulu şəxsiyyətin məzarı başında bir araya gəlmişik. Ortaq Atamız Dədə Qorqudun səmalardan izlədiyi bu mərasim iştirakçılarını qucaqlayır və Azərbaycan xalqının salam və sevgilərini sizə çatdırıram”. 

Millət vəkili tədbir iştirakçılarına Azərbaycan həqiqətləri, Azərbaycan dövlətinin Türk dövlət və xalqlarının, diasporlarının birliyi istiqamətində gördüyü işlər barədə də məlumatlar verib.

Festivalın növbəti proqramı ümumxalq yürüşü olub. Yürüş bitəndən sonra geniş konsert proqramı olub. Konsertdə Azərbaycandan, Bosniyadan, Kosovodan, Gürcüstandan, Elazığdan gələn rəqs ansamblları çıxış edib. Konsertin yekununda türk birliyini simvolizə edən hava şarlarının uçurulması mərasimi keçirilib və bu mərasimin icrası Bayburt valisi Kərəm Al tərəfindən Qənirə Paşayevaya həvalə edilib.

Dədə Qorqud festivalı ilə bağlı bölgənin mərkəzi meydanında təşkil olunmuş böyük konsert proqramında da Azərbaycanın festivalda iştirakı xüsusi vurğulanıb və minlərlə insan Azərbaycanı yüksək coşqu ilə alqışlayıb.

18 İyul, 2011  17:39 Baxılıb: 1104

Bu bölmədə