Simsar.az | bizi özünüzə Simsar bilin
NAMİQİN AYGÜNDƏN AYRILMASININ SƏBƏBİ BİLİNDİ

Meyxanaçının gözaltı elədiyi qız var

Meyxanaçı-müğənni  Namiq Qaraçuxurlu şəxsi həyatı ilə bağlı "Xezer" televiziyasına bəzi açıqlamar verib. Simsar.az saytı onları sizin diqqətinizə çatdırır. Müğənni deyib ki, mətbuatdan heçnə gizlətmək mümkün olmadığı üçün belə bir açıqlamaya razılıq verib:

«Amma sizdən nəsə gizlətmək mümkün deyil. Bir qızı gözaltı etmişəm. Amma hələ ona sevgi etirafı edə bilmirəm. Elə şeylər var ki, onlar haqda danışmaq olmur. Bu, həmin məsələlərdəndir. Hesab edirəm ki, əsl sevgi bir dəfə və ömürlük olur. 7 il ərzində Aygün xanımla aramızda olanlar arxada qalıb və bu söhbətləri birdəfəlik qapamaq istəyirəm. Hər dəfə bu haqda danışmaq xoşuma gəlmir. O özü mənə xoşbəxtlik arzulayır və yəqin ki, həmin qızın kimliyi Aygün xanım üçün də maraqlı olacaq».

18 İyul, 2011  17:01 Baxılıb: 1691

Bu bölmədə