Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan prezidenti Rusiya prezidentinin məktubuna cavab yazıb

Elmar Məmmədyarov məktubu bu gün Sergey Lavrova verəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün o, rusiyalı həmkarı Serqey Lavrovla görüşərək, bir sıra ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq. Azərbaycan XİN rəhbərinin səfəri zamanı eyni zamanda Rusiya prezidenti D. Medvedevin Qarabağ tənzimlənməsinə dair Azərbaycan prezidentinə ünvanladığı şəxsi məktubuna rəsmi Bakının cavabı çatdırılacaq.


E. Məmmədyarov və S. Lavrov həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 sentyabr 2010-cu ildə imzalanmış dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçirəcək, 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planını imzalayacaqlar.


Moskva səfəri zamanı Elmar Məmmədyarovun Rusiya baş nazirinin müavini A. Xloponin və Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri də planlaşdırılır.

Səfər bu gün başa çatacaq.

18 İyul, 2011  16:37 Baxılıb: 1063

Bu bölmədə