Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-ın Qarabağ niyyəti

Obama deyir ki, onlar bu niyyəti həyata keçirməyə çalışırlar

Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında çərçivə razılaşmasının imzalanmasına nail olmaq niyyətindədir.


Simsar.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bəyan edib. 

Barak Obama Sergey Lavrova münaqişənin tənzimlənməsi istiqamətində səylərinə görə də minnətdarlıq edib.

Qeyd edək ki, Sergey Lavrov ABŞ-a səfəri zamanı Rusiya prezidenti Dmitri Medvedevin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflərini təqdim etməli idi. Bundan əvvəl həmin təkliflər məktub Azərbaycan və Ermənistan prezidentlərinə çatdırılıb.

14 İyul, 2011  17:59 Baxılıb: 1123

Bu bölmədə