Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin taleyinə proqnoz verildi

Klinton Lavrovun yanında deyib ki....

Liviyalı qiyamçıların talanları və işgəncəyə yol vermələri isə beynəlxalq hüquq müdafiəçilərini dilə gətirdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Hillari Klinton Liviya lideri Müəmmər Qəddafinin hakimiyyətdən getməsi üçün təzyiqləri artıracaqlarını söyləyib.

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Hillari Klinton deyib ki, Müəmmər Qəddafinin gələcəklə bağlı planları haqqında onun yaxın ətrafından ziddiyyətli məlumatlar alırlar. O bildirib ki, konkret gün və saat deyə bilməsə də, Müəmmər Qəddafinin hakimiyyətdən getməsinə günlər qalıb. 
Bu arada beynəlxalq təşkilatlar ötən həftə Liviyanın qərbində Müəmmər Qəddafinin nəzarətində olan yaşayış qəsəbələrinə hücuma keçən qiyamçıların talançılıq, oğurluq və zorakılıq törətməsinə etiraz edib. Qiyamçılar Müəmmər Qəddafiyə sadiq qüvvələr tərəfindən sonradan geri qaytarılan bu qəsəbələrdə olduqları müddətdə nəinki talançılıqla məşğul olublar, eyni zamanda Müəmmər Qəddafiyə qarşı loyallığı ilə seçilən mülki şəxslərə işgəncə veriblər. “Human Rights Watch” təşkilatı qiyamçıların mərkəzi sayılan Benqazidə Milli Keçid Şurasından baş verən olaylara görə məsuliyyəti öz üzərinə götürməyi, bu kimi halların dayandırılmasını tələb edib.

14 İyul, 2011  17:42 Baxılıb: 1045

Bu bölmədə