Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlər Bakıdadı

Onları prezidentin qəbul edəcəyi gözlənilir

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Azərbaycana gəlib.

Simsar.az-ın xəbərinə görə, digər həmsədrlər İqor Popov (Rusiya) və Bernar Fasie (Fransa) də bu gün Bakıya gələcəklər. 

 ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən rəhbəri Kit Bin Simsar.az-a R. Bradtkenin artıq Bakıda olduğunu təsdiqləyib. 

Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəkləri gözlənilir.

Həmsədrlər Bakıda İrəvana, oradan isə Xankəndinə gedəcəklər.

14 İyul, 2011  17:02 Baxılıb: 977

Bu bölmədə