Simsar.az | bizi özünüzə Simsar bilin
AYBƏNİZ HAŞIMOVANIN QIZI UDUZDU

"Slavyan bazar"ın qalibləri bilindi

Simsar.az-ın müsabiqənin rəsmi-saytına istinadən məlumatına görə, dünən şəhərin yay amfiteatrında baş tutan final gecəsində “Qran-pri”nin sahibi Belarus təmsilçisi Alena Lanskaya olub. Alena qələbə sevincindən göz yaşlarını saxlaya bilməyib və qalibiyyətini anasına həsr etdiyini deyib. Qalibə əsas mükafat, 15 min dollar da təqdim olunub. 

Festivalda birinci yerə Ukrayna təmsilçisi Vladimir Kvasniç (9 min dollar), ikinci yerə Çexiya təmsilçisi David Deyl və Litva təmsilçisi Ruta (3 min dollar), üçüncü yerə isə Qazaxıstan təmsilçisi Əlişir Kərimov və Moldova təmsilçisi Kristina Skarlat (1500 dollar) layiq görülüblər.

“Slavyan bazarı Vitebsk - 2011”in xüsusi mükafatlarını isə yüksək ifaçılıq qabiliyyətinə görə, Latviya təmsilçisi Daynis Skutelisə, Rusiya təmsilçiləri Alena Lanskaya və Mari Karneyə təqdim olunub.

“Mir” Telekompaniyası öz mükafatını (2 min dollar) Gürcüstan təmsilçisi Zviadu Abaşidzeyə layiq görüb.

Festivalın bütün iştirakçılarına sponsorlar tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycanı bu festivalda Aynişan Quliyeva təmsil edirdi.

14 İyul, 2011  16:49 Baxılıb: 2272

Bu bölmədə