Simsar.az | bizi özünüzə Simsar bilin
BENZİNLƏ YAŞAYAN QOCA

Çinin cənub-qərbində yaşayan 71 yaşlı Çen Detszyun uzun illərdir qeyri-adi pəhrizlə yaşayır.

O, düz 41 ildir ki, hər gün … benzin içir. Ayda təxminən 3-4 litr benzin içən qoca bildirir ki, bu, onun fiziki ağrılarla mübarizəsinə kömək edir.

Qoca bildirir ki, 1969-cu ildən etibarən daim yanacaqdoldurma məntəqəsinə baş çəkir. O vaxt sinəsində ağrılardan əziyyət çəkən Detszyunə heç bir dərman kömək etməyib. Nəticədə o, xalq təbabətinə müraciət edib və bu, nəticə verib. Əvvəlcə ağrılarını kerosinlə önləyən kişi sonradan benzinə keçib.

Detszyun 40 ildə təxminən 1,5 ton benzin içib.

14 İyul, 2011  02:16 Baxılıb: 1030

Bu bölmədə