Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN PREZİDENTİ FRANSALI HƏMKARINI TƏBRİK EDİB

Azərbaycan dövlət başçısı İlham Əliyev Fransa prezidenti Nikola Sarkoziyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz dost ölkələrimiz arasında bərqərar olmuş çoxşaxəli əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığımız ilə müşayiət olunur.

Bu gün Azərbaycan-Fransa əməkdaşlığı, həmçinin çoxtərəfli qaydada inkişaf etməkdədir. Beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində birgə işimiz ölkələrimiz arasındakı münasibətlərin dolğunluğunu təmin edən amillərdəndir.

Biz eyni zamanda xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

14 İyul, 2011  02:08 Baxılıb: 975

Bu bölmədə