Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏDƏN AVROPA BİRLİYİNƏ XƏBƏRDARLIQ

Türkiyə Kipr problemi həllini tapmadan Yunan Kiprinin 2012-ci ildə Avropa Birliyinin fəaliyyətdə olan sədri olmasına qarşıdır.

Ukraynada səfərdə olan Əhməd Davudoğlu deyib ki, əgər Kipr problemi həllini tapmadan Yunan Kipri Avropa Birliyinin sədri olarsa, Türkiyə Avropa Birliyi ilə əlaqələrini donduracaq.

Əhməd Davudoğlu Türkiyənin Avropa Birliyinə qəbulla bağlı müzakirə prosesində Yunan Kiprini tərəf müqabili kimi qəbul etməyəcəyini vurğulayıb. Bu bəyanatın Avropa Komissiyasının təmsilçisi Stefan Fülenin Ankarada olduğu dönəmdə verilməsi də diqqət çəkib.

13 İyul, 2011  22:26 Baxılıb: 1151

Bu bölmədə