Simsar.az | bizi özünüzə Simsar bilin
PKK manevr edir

PKK terror təşkilatı Türkiyənin Qara dəniz bölgələrindən çəkilməklə bağlı qərar qəbul edib.

Bu, Türkiyə təhlükəsizlik qüvvələrinin bir müddət öncə PKK-nın Şimali İraqda Qəndil dağında yerləşən rəhbərliyinin ratsiya vasitəsi ilə “Roj” kodu altında verdiyi şifrəli təlimat çözməsi ilə ortaya çıxıb.

PKK rəhbərliyi Qara dəniz bölgələrində olan terrorçu qruplara Tunceli və Bingöl istiqamətinə çəkilməyi tapşırıb. Təhlükəsizlik qüvvələri bu təlimatdan sona 6 nəfərlik qrupun artıq Tunceliyə çəkildiyini də müəyyənləşdirib.

Hərbi mənbələr PKK rəhbərliyinin belə bir qərar qəbul etməsi Qara dəniz bölgələrində həyata keçirilən bir neçə qanlı terror olayının Türkiyə cəmiyyətində, o cümlədən kürdlər arasında narazılıqla qarşılanması, eyni zamanda terrorçuların kürdlərin az yaşadığı bu bölgələrdə müntəzəm ərzaq və silah-sursat təminatında çətinliklə üzləşmələri ilə izah ediblər. Ekspertlər isə PKK lideri Abdulla Öcalanla aparılan müzakirələrin də təlimatın verilməsində önəmli rol oynadığı qənaətindədirlər.

13 İyul, 2011  21:49 Baxılıb: 1014

Bu bölmədə