Simsar.az | bizi özünüzə Simsar bilin
Saxta pullar bazara girə bilmədi

Mütəşəkkil dəstə zərərsizləşdirildi

Azərbaycanda külli miqdarda saxta əsginası dövriyyəyə buraxmaq istəyən dəstə ifşa olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, metronun «Məşədi Əzizbəyov» stansiyasının yaxınlığında Cəlilabad şəhər sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev və Bəhruz Bayramov 600 ədəd 100 manatlıq saxta əsginası 20 000 ABŞ dollarına satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

12 İyul, 2011  18:50 Baxılıb: 1294

Bu bölmədə