Simsar.az | bizi özünüzə Simsar bilin
KİPRDƏ 3 GÜNLÜK MATƏM ELAN EDİLİB

Kipr Respublikasının müdafiə naziri istefa verib

Kiprdə hərbi bazada döyüş sursatlarının partlaması bu adanın bölünməsindən bəri "ən ciddi hərbi insident" adlandırılıb. Xatırladaq ki, dünən Evanqelos Florakis hərbi bazasında barıt dolu konteynerlər partlayıb. Konteynerlər burada 2009-cu ilin yanvarından saxlanılırmış. Onları Kiprin sahil mühafizə xidməti İrandan Sudana hərəkət edən gəmidə aşkar edərək götürmüşdü.

Ən son məlumatlara görə, partlayışlar və yanğın nəticəsində 12 nəfər ölüb, 62 nəfər xəsarət alıb. "Bu gün Kipr və onun xalqının tarixində qara gündür." - Kiprin yunan hissəsinin prezidenti Dimitris Xristofyas belə deyib. Kiprdə 3-günlük matəm elan edilib. Müdafiə naziri istefaya gedib.

Partlayışların baş verdiyi hərbi bazanın yaxınlığındakı elektrostansiyaya ciddi ziyan dəyib. Kiprdə bu səhər elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Larnaka və Pafos şəhərlərindəki hava limanlarının işi pozulub. Limassol və Larnaka şəhərləri arasındakı magistral yol bağlanıb. İnsidentin baş verdiyi hərbi baza yaxınlığındakı 2 qəsəbənin sakinləri evakuasiya olunub.

İlkin versiyaya görə, hərbi bazadakı barıt dolu 98 konteynerdə yanğına yaxınlıqdakı meşədən alovun yayılması səbəb olub.

12 İyul, 2011  17:30 Baxılıb: 1100

Bu bölmədə