Simsar.az | bizi özünüzə Simsar bilin
DİN silahlı basqına reaksiya verdi

Cinayəti törətməkdə şübhəli bilinənlər axtarılır

Daxili İşlər Nazirliyi Bakıda tikinti şirkətinə edilən silahlı basqınla bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, hadisə iyulun 11-də, saat 12.10 radələrində, Nərimanov rayonu, Teymur Əliyev küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən “Azər-Ross” MTK-nın təsisçisi Əflatun Piriyev və şirkətin baş mühasibi Əmiraslan Əhmədov güllə yarası ilə xəstəxanaya gətirilib. Əflatun Piriyev aldığı güllə yarasında xəstəxanada dünyasını dəyişib. Əmiraslan Əhmədovun vəziyyəti isə orta-ağırdır.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

12 İyul, 2011  16:21 Baxılıb: 1018

Bu bölmədə